ABŞ-da Azərbaycan Milli Günü elan olundu

ABŞ-ın Florida ştatının Aventura şəhərinin meri Enid Veysman 2021-ci il mayın 28-ni Azərbaycanın Respublika Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.

Zafer Tv xəbər verir ki, qərar Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovanın təşəbbüsü ilə qəbul olunub.

E.Veysman bəyannamədə Amerikada yaşayan azərbaycanlıların Floridanın ictimai həyatında fəal iştirakını vurğulayaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfə verdiklərini, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rolunu qeyd edib. Bəyannamədə həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətlərdən bəhs olunub.

Mer mayın 28-ni Azərbaycanın Respublika Günü elan edərək Aventura şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırıb.

Qeyd edək ki, ABŞ-ın Florida ştatının Mayami-Deyd şəhərinin meri Daniella Cava da 2021-ci il mayın 28-ni Azərbaycan Respublika Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support