Deputat jurnalist Niyaz Niftiyevin müfadiəsinə qalxdı: “Onu niyə həbsdə saxlayırsınız?”

Deputat Sabir Rüstəmxanlı jurnalist Niyaz Niftiyevlə bağlı Milli Məclisdə məsələ qaldırdı.

Zafer Tv xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı  tanınmış jurnalist Niyaz Niftiyevin həbsdə saxlanmasına etiraz edib: “Niyaz Niftiyev tanınmış jurnalistdir. Dəfələrlə mükafatlandırılıb. Prezident tərəfindən təltif edilib. Sonradan səhv edib, bələdiyyə üzvü, daha sonra bələdiyyə sədri seçilib. Qısa müddət keçdi, rüşvət aldığı iddia edilib. O, jurnalist  1 il 3 aydır həbsdədir, xəstə anası var. Hökm verilməyibsə, onu niyə həbsdə saxlayırsınız?”.