Deputat məhkəmələrlə bağlı islahatları dərinləşdirməyə çağırdı

“Məhkəmə-hüquq sahəsində böyük işlər görülüb, amma bu proses dərinləşdirilməlidir”.

Zafer Tv xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib. O qeyd edib ki, hakimlər qanunu tətbiq edən şəxslər kimi boşluqları daha yaxşı görürlər:

“Ona görə onlar bu məsələdə təşəbbüslə çıxış etməlidirlər. Hakimlər töhfə verməlidirlər ki, ölkədə qanunvericilik təkmilləşdirilsin”.