Deputat qiymət artımına etiraz etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli qiymətlərin son vaxtlar sürətlə artımasina diqqət çəkib. Zafer Tv xəbər verir ki, deputat birinci amil kimi bazar iqtisadiyyatınin tələb və təklifinin olduğunu deyib: “Əhalinin gəlirləri aşağı səviyyədədir. İkinci səbəb kimi dnyada qiymətlərin artmasını göstərirlər”. Əli Məsimli sənaye məhsullarının qiymətinin digər MDB ölkələri ilə müqayisədə fantastik həddə çatdığını da diqqətə çatdırıb.

Deputat süni qiymət artımında bəzi marketlərin istehsal müəssisələrindən əlavə pul aldiqlarını bildirib: “Bu zaman qiymətlər də süni artır. Qiymətlərin süni artırılması Azərbaycan ailələrinə ildə 400 milyon manatlıq zərbə vurur”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support