• Cümə, Mart 31, 2023
  • Haqqımızda
  • Əlaqə

Zafer TV Zafer TV - Zəfərin mübarək, Azərbaycan!

  • Gündəm
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Sosial
  • Müsahibə
  • Dünya
  • İdman
  • MƏDƏNİYYƏT
Zafer TV

DTX, DSX və DİN-dən birgə ƏMƏLİYYAT – Saxlanılanlar var (FOTO)

Share

Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhülkəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Zafer Tv-a bildirilib ki, DSX əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi təxminən 20 kiloqram 454 qram narkotik vasitəyə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

May ayının 20-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əmirzeyitli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində sərhəd naryadı tərəfindən içərisində 3 nəfər olan “Niva” markalı 10-BF-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, 2 nəfər şəxsin avtomobildən düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb etmişdir.

Əkin sahəsinə yaxınlaşaraq, oradan bağlama götürüb uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılmışlar. Bakı şəhər sakinləri 1998-ci il təvəllüdlü Məmmədov Aslan Bəxtiyar oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Ümid Nazim oğlu olmaları müəyyənləşdirilmiş şəxslərin üzərindəki bağlamaya baxış keçirərkən içərisində ümumi çəkisi 8 kq 684 qram narkotik vasitəyə bənzər maddə (7 kq 700 qram tiryək, 984 qram heroin) aşkar olunaraq götürülmüşdür.

Hadisə yerində olan avtomobilin sürücüsünün İmişli şəhər sakini İsmayılov Coşqun Şaiq oğlu olması müəyyən edilmiş, araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildirmişlər.

Bununla yanaşı, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhülkəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində Neftçala rayonu Həsənabad kənd sakini 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlunun həmin rayonun Kürdili adasında sahibsiz evdə gizlətdiyi ümumi çəkisi 11 kq 770 qram narkotik vasitəyə bənzər maddə (7 kq 625 qram heroin, 4 kq 145 qram tiryək) aşkar olunaraq götürülmüşdür.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DTX, DSX və DİN-dən birgə ƏMƏLİYYAT -Saxlanılanlar var (FOTO)
DTX, DSX və DİN-dən birgə ƏMƏLİYYAT -Saxlanılanlar var (FOTO)
Share

Prev Post

Moskvanın hibrid müharibəsi və ya “Solovyovu edam gözləyir”

Next Post

Hər mövsüm koronavirusa qarşı peyvənd olunacağıq – Adil Qeybulladan AÇIQLAMA

You might also like More from author
Uncategorized

Türkiyəyə geyinilmiş paltarlar göndərməyin! – Səfirlik

Uncategorized

Prokurorluq Bərdə terroru ilə bağlı bəyanat yaydı

Uncategorized

239-cu gün: Rusiyanın itkiləri açıqlandı

Uncategorized

Koronaya yoluxanların sayı açıqlandı

Loading ... Load More Posts No More Posts

Son xəbərlər

ADAU-da elmi-praktik konfrans keçirilib

Mar 30, 2023, 17:20

Prezidentin yüksək vəzifə verdiyi Zaur Mikayılov kimdir?

Mar 30, 2023, 15:45

Bu iki dövlət qurumu ləğv edildi

Mar 30, 2023, 15:38

Prezident Dövlət Xidmətinin yeni inzibati binasının AÇILIŞINDA

Mar 30, 2023, 14:21

Laçın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək

Mar 30, 2023, 13:58

Ersin Tatara hücum cəhdi olub

Mar 30, 2023, 13:31

Bakıda İspaniya səfirliyi açıla bilər

Mar 30, 2023, 12:52

Yasamalda narkotik əməliyyatı – 33 nəfər saxlanıldı

Mar 30, 2023, 12:50

Ukrayna Silahlı Qüvvələri hələ çox təlim keçməlidir – NAZİR

Mar 30, 2023, 12:47

Ermənistan 250 min azərbaycanlını deportasiya edib

Mar 30, 2023, 12:44

İsrail SEPAH-ın bazalarına zərbələr endirdi

Mar 30, 2023, 12:42

Şok: ABŞ F-35-lərinin yarısı yararsızdır

Mar 30, 2023, 12:40
Prev Next 1 of 846
© 2023 - Zafer TV. Materiallardan istifadə zamanı Zafertv.az saytına istinad zəruridir.
Ana səhifə / Haqqımızda / Əlaqə