Hər mövsüm koronavirusa qarşı peyvənd olunacağıq – Adil Qeybulladan AÇIQLAMA

“COVİD-19-a qarşı vaksin müvəqqətidir”.

Bunu açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla “vaksinlər mövsümü xarakter daşıya bilərmi” sualını cavablandırarkən deyib.

O bildirib ki, koronavirus əleyhinə vaksinlər 6 ay, bir ilə hesablanıb:

“Çünki bu viruslar daim mutasiyaya uğrayır. Gələn il SARS-CoV-2 hansısa yeni mutasion formada mövcud ola bilər. Bu baxımdan vaksinasiya prosesi sadəcə pandemiyanı sona çatdırmaq və insanlarda kollektiv immunitet formalaşdırmaq üçün aparılır”.

Xatırladaq ki, Operativ Qərargahın sonuncu brifinqində Səhiyyə nazirinin müavini Teymur Musayev peyvəndləmənin mövsümü xarakter daşıya biləcəyini demişdi.

“Hər il mövsümü qrip vaksini kimi ola bilsin, COVİD-19-a qarşı vaksinasiyaya da ehtiyac duyulsun. Ölkəmizin rəsmiləri bununla bağlı Avropa və ABŞ vaksin istehsalçıları ilə danışıqlar aparırlar. Müxtəlif vaksinlərin ölkəmizə gətirilməsi təmin ediləcək”, – deyə o bildirmişdi.

Qeyd edək ki, son statistikaya əsasən, Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 1 891 703 – birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 068 493, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 823 210 təşkil edir. /sfera/

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support