Hər hansı bir ölkənin peyvənddən imtina etməsi… – Ərdoğan

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv olan hər hansı bir ölkənin bu təşkilat tərəfindən təsdiqlənmiş bir peyvəndi qəbul etməkdən imtina etməsinin izahı yoxdur.

Zafer Tv xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Beynəlxalq səyahətlər və turizm lazımi sağlamlıq və gigiyena şərtləri təmin edilərək fəaliyyətə başlamalıdır”, – Ərdoğan bildirib.