İran nəyə və niyə hidətlənib? – “Ermənistan işğal etdiyi torpaqları qaytarmamalıdır ki…”

“Hələ ki, Paşinyanın irəli sürdüyü sənədin depalları bəlli deyil. Sadəcə olaraq, bu barədə müxtəlif versiyalar irəli sürülür. Ancaq söhbət Ermənistanın Azərbaycana məxsus torpaqları geri qaytarmasından gedirsə, Tehran bundan niyə hiddətlənməlidir?”

Bu sözləri  açıqlamasında İranın “MiranPress” kanalının Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla yeni müqavilə imzalamaq planlarından Tehran rejiminin hiddətlənməsi barədə yaydığı məlumata münasibət bildirərkən, “Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.

Həmsöhbətimiz hesab edir ki, Tühranın bu davranışının məntiqi izahı yoxdur: “İran bir neçə gün əvvəl bəyanat verib ki, Tehran bölgədə sərhədlərin dəyişdirilməsinə qarşıdır.  Azərbaycan da dəfələrlə bəyan edib ki, heç bir ölkənin heç bir torpağında gözü yoxdur.  Hazırda sərhəddə demarkasiya və demilitarizasiya prosesi gedir. Bu proses isə SSRİ dövründəki xəritələr əsasında aparılır və burada qeyri-adi heç nə yoxdur. Sadəcə, ermənilər bu məsələdə də cığallıq edir. Qaragöl Azərbaycan ərazisidir. Xalq Cümhuriyyətinin dövründə, Azərbaycan SSRİ, və Azərbaycan Respublikasıdövründə də bizim ərazimiz olub. Ermənilər işğal dövründə həmin ərazimizdən öz xeyirlərinə faydalanıblar. İndi sərhədlərin demarkasiyası prosesində cığallıq edirlər ki,   guya  Qaragölün bir hissəsinə ermənilər nəzarət etməlidir”.

S. Soltan qeyd edib ki, Bakı ilə İrəvan arasında sərhədlərin demarkasiyası İranı narahat etməməlidir. Həmsöhbətimizə görə, sözügedən məlumat dezinformasiyadır:

“Ermənistanla Azərbaycan sülh müqaviləsi imzalasa, İran deyəcək ki, imzalamayın?  İrəvanın Paşinyanın təklif etdiyi layihəyə əsasən, 30 ildir işğalda saxladığı torpaqları Azərbaycana qaytarmasında qeyri-adi nə var ki, İrana problem yaratsın?  Tutaq ki, Qazaxın  və Naxçıvanın işğaldakı kəndləri Azərbaycana qaytarılsa, İranın qarnı niyə sanclanmalıdır, niyə narahat olmalıdır ki?”

/sfera/