İsrail 11 günlük savaşın nəticələrini açıqladı

İsrail Fələstinə qarşı gerçəkləşdirdiyi “Divar gözətçisi” əməliyyatı zamanı məhv etdiyi obyektlərin siyahısını təqdim edib.

Zafer Tv xəbər verir ki, İsrail ordusu 11 günlük əməliyyat zamanı HƏMAS-ın tunellərinin 100 kilometrlik hissəsini, terrorizmə sponsorluq edən 5 bankın, 9 yüksək mərtəbəli binanın dağıdıldığını açıqlayıb.

Həmçinin 25 yüksək vəzifəli HƏMAS nümayəndəsinin, eləcə də 200 HƏMAS döyüşçüsünün məhv edildiyi bildirilib.

Qəzzadan atılan raketlərin 90%-nin Dəmir Qübbə tərəfindən havadaca zərərsizləşdirildiyi də qeyd edilib.

Xatırladaq ki, İsrail bu gecə saat 02:00-dan birtərəfli atəşkəs elan edib. /Axar.az/

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support