Pakistanda “İsrail dəhşəti” – Çox sayda ÖLÜ və YARALI var

Pakistanın Bəlucistan əyalətində İsrail əleyhinə təşkil olunan aksiya zamanı partlayış baş verib.

Zafer Tv metbuat.az-a istinadən xəbər verir ki, hadisə zamanı 6 nəfər həlak olub. 14 yaralı var. Məlumata görə, hücum motosikletə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması ilə törədilib. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib