Vahid Əhmədov: “Azərbaycana qarşı ciddi təhdidlər olur”

Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Vahid Əhmədov  bəzi məsələlərə toxunub.Zafer Tv xəbər verir ki, deputat İtaliya-Azərbaycan münasibətlərindən danışıb: “İtaliya Azərbaycanın xarici siyasətdə bir nömrəli müttəfiqidir. Son vaxtlar Azərbaycana qarşı ciddi təhdidlər olur. Çünki bəzi dövlətlər bizim qələbəmizi həzm edə bilmir”.

Vahid Əhmədov Qaragöl ətrafında baş verən hadisələrin adi hal olduğunu bildirib: “Burada ajiotaj yaradacaq bir məsələ yoxdur. Dünən Prezident Amerika ilə münasibətlərə də ciddi şəkildə toxundu. Son vaxtlar xüsusilə Fransa Ermənistanı müdafiə etməklə istəyir ki, müəyyən prosesləri əksinə döndərsin. Hesab edirəm ki, üçtərəfli bəyanatın müddəaları uğurla yerinə yetirilir”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support