Azərbaycan hərbçiləri Göyçə mahalında daha bir yüksəkliyi ələ keçirdi

Azərbaycan hərbçiləri Ermənistanla təmas xəttində, Göyçə mahalının (Geqarkunik)  Zərkəndi ( Kut) istiqamətində daha bir yüksəkliyi ələ keçirib.

Zafer Tv xəbər verir ki, bu barədə Ermənistanın hərbi-analitik portalı məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videoda hündürlüyün yeri müəyyənləşdirilib. Zərkəndindən (Kut) təqribən 6 km şimal-şərqdə yerləşir.

Burada təmas xətti dağların zirvələri boyunca uzanır.

Nəşr qeyd edir ki, Ermənistan Silahlı Qüvvələri azərbaycanlıları qabaqlaya və bu yüksəkliyi özləri ələ keçirə bilərdilər.

Razm.info portalına istinadən xatırladırıq ki, həmin yüksəklik Azərbaycanın suveren ərazisində yerləşir və hərbçilərimiz erməni kəndçilərin dedikləri kimi öz torpaqlarına qayıdıblar./Busaat.az/

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support