Almaniya bu ölkədən rəsmən üzr istədi

 Almaniya bu ölkədən rəsmən üzr istədi

Almaniya müstəmləkə işğalları zamanı Namibiyada soyqırım törətdiyini ilk dəfə etiraf edib.

Zafer Tv xəbər verir ki, bu məlumatı Almaniya xarici işlər naziri Hayko Maas yayıb.

O, Berlinin Afrikada etdikləri bu hərəkətə görə, 1 milyard dollar həcmində maliyyə yardımı ayıracaqlarını bildirib:

“İndi biz rəsmən bu hadisəni indiki nöqteyi -nəzərdən olduğu kimi soyqırım adlandıracağıq. Almaniyanın tarixi və mənəvi məsuliyyəti fonunda Namibiyada baş verənlərə görə üzr istəyirik”.

Qeyd edək ki, Almaniya Namibiyada 1904-1908-ci illərdə soyqırım törədib. \axar.az\

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.