Ara Ayvazyanın istefasının pərdəarxası – Ermənistanda nə baş verir?

Ermənistan xarici işlər naziri Ara Ayvazyanın istefası, şübhəsiz ki, Ermənistan hökumətində, bütövlükdə isə bu ölkənin siyasi sistemində yaşanan dərin böhranın, ziddiyyət və qarşıdurmaların nəticəsidir. Qeyd edim ki, Ayvazyandan öncəki xarici işlər naziri Zoqrab Mnasakanyan da vəzifəsindən siyasi rəhbərliklə arasında yaranmış fikir ayrılığına görə istefa vermişdi.

Zafer Tv xəbər verir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, Ara Ayvazyanın istefasında da bu amilin rol oynadığı bildirilir: “Əslində, xarici işlər nazirinin istefasının səbəbləri ilə bağlı Ermənistan mediasında yer alan bu kimi məqamların həqiqət olduğu ehtimalı daha çoxdur. Hələ bu ilin fevral ayından Ayvazyanla Paşinyan arasında ciddi fikir ayrılıqlarının yarandığı və bu səbəbdən xarici siyasət idarəsinin rəhbərinin istefa verəcəyi bildirilirdi.

Xatırladım ki, bir müddət öncə Ara Ayvazyan Nikol Paşinyanın Şuşa ilə bağlı fikirlərinin əleyhinə çıxış etmiş və onu təkzib edən bəyanat vermişdi. Son dövrlərdə 10 noyabr 2020-ci il bəyanatının müddəalarının yerinə yetirilməsi, həmçinin 11 yanvar 2021-ci il bəyannaməsindən irəli gələn vəzifələrin icrasına mane olan amillərdən biri də Ara Ayvazyanın Ermənistanın içərisində olduğu reallıqlara uyğun gəlməyən, yumşaq revanşçı davranışlarıdır. Hesab edirəm ki, Ayvazyanın istefasında təkcə onun Paşinyanla olan münasibətləri yox, həm də xarici amillər rol oynayıb”.

E.Mirzəbəyli bildirib ki, Ara Ayvazyanın istefası, eyni zamanda Ermənistan hakimiyyətinin nəyin bahasına olursa-olsun razılaşmalardan yayınmaq, həmçinin regiona aidiyyəti olmayan siyasi mərkəzlərin proseslərə müdaxiləsinə imkan yaratmaq cəhdlərinin iflasa uğramasıdır:

“Ayvazyanın aqressiv anti-Azərbaycan və anti-Türkiyə ritorikası, həmçinin digər qonşu dövlətlərə münasibətdə sərgilədiyi mövqe, regiondakı geosiyasi reallıqları provakativ bir şəkildə ifadə edərək, bölgənin böyük dövlətləri arasında nifaq yaratmaq cəhdləri, onun istefasını zəruri edirdi. Əks təqdirdə, Nikol Paşinyan, ölkəsi və komandası daha ağır nəticələrlə üzləşməli olacaqdı”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support