“Həmsədr ölkələrdən biri Süniklə bağlı təklifimə cavab verdi” – Paşinyan

ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Süniklə bağlı Azərbaycan və Ermənistan qoşunlarının əvvəlki mövqelərinə geri çəkilməsi və Rusiya və ya Minsk qrupu həmsədr ölkələrinin qoşunlarının bölgə boyunca yerləşdirilməsi barədə təklifinə cavab verib.

Zafer Tv xəbər verir ki, bu barədə Paşinyan özü “Mülki Müqavilə” partiyasının Yercan seçkiqabağı qərargahının üzvləri ilə görüşündə bildirib.
“Ümid edirəm digər Minsk Qrupu həmsədr ölkələri də cavab verəcək. Beləliklə, tərəflərin qoşunları, məsələn, qeyd-şərtsiz geri çəkilər və kəndlilərimiz mal-qaralarını həmin ərazilərdə otara bilər”, – Ermənistan lideri qeyd edib.
(qazet.az)
Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support