İsrail yeni savaşa hazırlaşır

HƏMAS-la əldə olunan atəşkəsə rəğmən İsrail ordusunun Hərbi Kəşfiyyat İdarəsi artıq yeni savaşa hazırlaşır.

Zafer Tv xəbər verir ki, bu məlumatı “Yerusəlim Post” qəzeti yazıb.

“HƏMAS ona son əməliyyat zamanı vurulan zərəri hələ də tam dərk etməyib”, – qəzet qeyd edib.

İsrail ordusunun Qəzzada zərbə endirəcəyi hədəflər sırasına artıq yenilərini əlavə etməyə başladığı da vurğulanıb.

axar.az