Kadırovdan Putin açıqlaması: Cəfəngiyyatdır!

Çeçenistan lideri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinə qarşı çıxış etməsiylə bağlı yayılan məlumatları təkzib edib.

Zafer Tv xəbər verir ki, Teleqram kanalında paylaşım edən Kadırov yayılan məlumatların siyasi skandal naminə hazırlanan cəfəngiyat olduğunu bildirib:

“Siyasi skandal və ya məşhurlaşmaq naminə cəfəngiyat jurnalistə şöhrət gətirmir. Mən belə qələm ustalarını antipeyvənd cahilləri ilə müqayisə edərdim – hər ikisi ölkənin gələcəyini düşünmür”.

Kadırov sözün həqiqi mənasında Putinin döyüşçüsü və onun qarşısında borclu olduğu üçün istənilən istiqamətdə minlərlə kilometr gedib, istənilən çətin əmri icra etməyə hazır olduğunu bildirib. /axar.az/

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support