Səfir Tbilisidə AXC-nin elan edildiyi binanı ziyarət edib – FOTO

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin digər əməkdaşları Tbilisidə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müstəqilliyinin elan edildiyi binanı ziyarət edib.

Zafer Tv xəbər verir ki,  APA-nın yerli bürosunun xəbərinə görə, səfir F. Quliyev İstiqlal Bəyannaməsinin imzalandığı bildirilən zalın xarici divarına pərçimlənmiş məlumat lövhəsinin önünə gül dəstəsi qoyub.

Səfirlik əməkdaşlarına binanın tarixi, həmçinin aparılan təmir-bərpa işləri ilə bağlı məlumat verilib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support