ABŞ-ın Avropadakı gizli nüvə bazaları ifşa edildi

Amerika əsgərləri ABŞ-ın Avropada yerləşən gizli nüvə bazalarını səhvən ifşa edib.

Zafer Tv xəbər verir ki, bu barədə İngiltərənin “Bellingcat” saytı məlumat yayıb.

Sayt yazır ki, Avropada yerləşən həmin 6 bazanın hər biri ilə bağlı ABŞ əsgərləri tərəfindən göndərilən məlumat kartları internetə sızıb.

Gizli məlumat kartları ictimaiyyətə açıq halda qalıb.

Belə olduqda, Quqldan adi formada axtarış edərək nüvə silahlarına sahib bazaların adları və yerlərini müəyyənləşdirmək olub.

Yalnız hərbçilərin bilməli olduğu gizli kod və cümlələr də ifşa olunub.

Qeyd edək ki, bu hadisədən sonra problem aradan qaldırılıb. \axar.az\