ABŞ siyasi çöküş dövrünün başlanğıcındadır – General

ABŞ-ın nüvə triadasının dağılması özündə miqyaslı konfliktin yaranması təhdidini daşıyır, ona görə də Rusiya qüvvələri, özəlliklə, yaxın onillikdə yüksək hazırlıq səviyyəsində olmalıdır.

Zafer Tv xəbər verir ki, bu sözləri “RİA Novosti”yə açıqlamasında Rusiya ordusunun ehtiyatda olan general-leytenantı Aleksandr Karpov deyib.

“Rusiya üçün Amerika nüvə kompleksinin dağılması çağırışdır, bizdən 2020-ci illərdə ənənəvi və nüvə qüvvələrinin yüksək hazırlığını tələb edir. Onların fəaliyyət spektri hərbi doktrina və Rusiya siyasətinin nüvə silahı sahəsində əsasları sayəsində müəyyənləşir”, – deyə o bildirib.

Karpov ABŞ-ın raket silahlanması üçün yeni nüvə döyüş başlıqlarının seriyalı istehsalına hazır olmadığını bildirib:

“Bundan belə nəticəyə gəlmək mümkündür ki, ABŞ uzunmüddətli siyasi-iqtisadi çöküş dövrünün başlanğıcındadır. 2028-2035-ci illər ABŞ nüvə gücü üçün ağır dövr olacaq. ABŞ-ın öz potensialını zamanında yeniləyə biləcəyi ilə bağlı zəmanət yoxdur”. /axar.az/