İran gəmisi 125 günlük həbsdən sonra azad edildi

İran bayrağı altında üzən və İndoneziya ərazi sularında saxlanılan tanker 125 gündən sonra azad edilib.

Zafer Tv xəbər verir ki, bu məlumatı “Mehr” agentliyi yayıb.

Gəminin İran Xarici İşlər Nazirliyinin yardımı əsasında azad edildiyi bildirilib. Gəminin öz missiyasını başa vurduqdan sonra İrana qayıdacağı vurğulanıb.

Qeyd edək ki, gəmi qanunsuz neft daşıması şübhəsi ilə saxlanmışdı.\axar.az\