Rusiya Zəngəzura QÜVVƏ toplayır

Rusiya Sərhəd Qoşunlarının Zəngəzurda qüvvələrini artırması bizi narahat etməməlidir. Əksinə, düşünürəm, bu, bizim xeyrimizə ola bilər. Məsələ ondadır ki, rəsmi Bakı bu gün 10 noyabr bəyanatına uyğun olaraq Zəngəzur dəhlizinin tez bir zamanda açılmasını istəyir. Rusiya Sərhəd Qoşunlarının Zəngəzurda mövcudluğunu artırması bu prosesin daha da sürətlənməsinə gətirib çıxara bilər.

Zafer Tv xəbər verir ki, bu sözləri Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Ermənistan nəinki Rusiyanın, istədiyi ölkənin ordusunu ölkəsinə dəvət edə bilər:

“Bunun bizə heç bir dəxli yoxdur. Rəsmi Bakının niyyəti hər kəsə bəllidir. Biz sərhədlərimizin bərpasını istəyirik və bunu qəti olaraq gerçəkləşdirəcəyik”.