Rusiyada polis azərbaycanlı gənci öldürdü – TÜKÜRPƏDİCİ VİDEO

Novosibirsk yaxınlığında yol polisi azərbaycanlını başından güllələyib.

Zafer Tv xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, polis təqib etdiyi şəxslərdən birinə ehtiyatsızlıqdan atəş açıb. Hadisənin mayın 28-də Sibir yolunda baş verdiyi bildirilir.
Qeyd edilir ki, “Toyota” markalı avtomobilin sürücüsü yol polisi məmurunun dayanma tələbini yerinə yetirməyib. Yol polisi qısa müddətdə avtomobilin sürücüsünü saxlamağa müvəffəq olub. 38 yaşlı yol polisi müfəttişi şübhəli şəxsi xidməti avtomobilinə aparıb. Bu zaman məhbusun 19 yaşlı bir tanışı ona müdaxilə etməyə başlayıb.
Bu zaman polis müqaviməti aşaraq, səlahiyyətlərindən kənara çıxıb, 19 yaşlı kişiyə qarşı şiddət tətbiq edib. Nəticədə gənc başında ağır güllə yarası alıb. Hadisənin səbəbkarı 38 yaşlı polisə qarşı “Rəsmi səlahiyyətləri aşma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsi ) və “Laqeydliklə ağır bədən xəsarəti yetirmə” ( Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsi ) maddələri ilə cinayət işi açılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support