Polis Bakıda əməliyyat keçirdi: külli miqdarda narkotik…

Bakının Nəsimi rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Zafer Tv xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş G.Abışov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 100 qramdan artıq heroin aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 1 kiloqram 160 qram heroin, 792 qram metamfetamin və 2 ədəd elektron tərəzi götürülüb. /Axar.az/