Əli Əsədov Türkiyə səfiri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 31-də Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı ilə görüşüb.

Nazirlər Kabinetindən Zafer Tv-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Baş nazir Türkiyə səfirinə Azərbaycandakı fəaliyyəti müddətində uğurlar arzulayıb.