Füzulidə Azərbaycan və Türkiyə nazirləri üçün Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu layihəsinin təqdimatı olub

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazir Rəşad Nəbiyevin işğaldan azad edilmiş Füzuli rayonuna səfəri çərçivəsində Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi layihəsinin təqdimatı olub.

Zafer Tv xəbər verir ki, APA-nın Füzuli rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, təqdimata layihənin iştirakçısı olan Azərbaycan və Türkiyə şirkətlərinin təmsilçiləri də qatılıb.

Layihə dəyərləndirilib, tikinti barədə ətraflı məlumat verilib, diskussiya aparılıb.

Sözügedən yol Zəngəzur dəhlizinin bir hissəsi hesab olunur.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support