Partiya sədrinin ziyarət görüntüləri

Zafer Tv xəbər verir ki, Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Facebook səhifəsində maraqlı paylaşım edib.

Partiya sədri oğlu ilə birgə Ulu Öndərin və şəhidlərimizin məzarlarını ziyarət edib, Hərbi Qənimətlər Parkına baş çəkib.

Zafer Tv sözügedən paylaşımı təqdim edir:

“Böyük övladım Məhəmmədin Vətənimizin pərvəri kimi böyüməsi, yetişməsi üçün onunla tariximiz, tarixi şəxsiyyətlərimiz, milli dövlətçiliyimiz,şəhid və qazilərimiz, Vətən müharibəsindəki Zəfərimiz haqda tez-tez söhbətlər edirəm.

Bu dəfə isə istədim ki, oğlumla Vətən dərslərimiz təkcə söhbətlər, xatirələr çərçivəsində məhdudlaşıb qalmasın. Odur ki, Məhəmmədlə birlikdə Ulu Öndərimiz Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını, İkinci Fəxri Xiyabanı, Hərbi Qənimətlər Parkını ziyarət etdik.

Çox möhtəşəm bir ziyarət oldu. Təəssüratlarımız böyükdür. Olduqca yaddaqalan, xoş anlar yaşadıq. Oğluma tarixi şəxsiyyətlərimizi və qəhrəmanlarımızı tanıtmaqdan gerçəkdən də qürur duydum.

İnşAllah ziyarətlərimiz davam edəcək”.

Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilir

Bir 1 kişi, ayakta ve açık hava görseli olabilir

Bir açık hava görseli olabilir

Bir 2 kişi, ayakta duran insanlar, anıt ve açık hava görseli olabilir

Bir 2 kişi, ayakta duran insanlar, ateş, iç mekan ve açık hava görseli olabilir