SON DƏQİQƏ: Ermənistan qırıcıları sərhəddə havaya qaldırıldı – Nə baş verir?

Ermənistan Türkiyə ilə sərhəddə “Su-30SM” rus qırıcılarını havaya qaldırdı…

““Su-30SM” qırıcıları Ermənistan-Türkiyə sərhədi yaxınlığında görünüb. Ermənistan hazırda bilinməyən şərtlər altında ağır “Su-30SM” qırıcılarını havaya qaldırıb”.

Zafer Tv xəbər verir ki, bu haqda Avia.pro saytı məlumat yayıb.

Rusiya istehsalı olan qırıcılar, görünür, Ermənistan-Türkiyə sərhədləri bölgəsində Türkiyənin hava hücumundan müdafiə sistemlərinin fərqinə varmaması üçün aşağı hündürlükdə uçarkən görülüb.

Mənbənin verdiyi məlumata görə, erməni qırıcılarının uçuşları Türkiyə sərhədindən təxminən 10 kilometr məsafədə həyata keçirilib. Və təfərrüatları barədə məlumat verilməsə də, Qarabağda bu yaxınlarda sona çatan silahlı qarşıdurma dövründən bəri “Su-30SM” qırıcılarının ilk təlim uçuş və hava döyüşləri həyata keçirildiyi görünür. Çünki Ermənistan Hava Qüvvələri heç vaxt bu qırıcılardan ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün istifadə etməyib. Baş nazir Nikol Paşinyana bunu Rusiyadan alınmış döyüş təyyarələrinin raketsiz qalması ilə əlaqədardır.

Avia.pro mənbələri görüntülərin bu yaxınlarda çəkidiyini və bunun “Su-30SM” qırıcılarının Türkiyə ilə sərhəd yaxınlığında ilk uçması hadisəsi olduğunu, lakin dəqiq tarixinin açıqlanmadığını bildirib. //Moderator.az\\

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support