Türkiyəli alimlərin hazırladığı vaksinin klinik tədqiqatlarının 3-cü fazası Azərbaycanda da aparılacaq

COVID-19 xəstəliyi əleyhinə Türkiyəli alimləri tərəfindən tapılan vaksinin klinik tədqiqatlarının 3-cü fazası Azərbaycanda da aparılacaq.

Zafer Tv xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə bu gün TƏBİB İdarə Heyəti yanında Tibbi Elmi Komitə ilə Türkiyə Səhiyyə Nazirliyinin Koronavirusla mübarizə Elmi Şurası arasında hazırkı vaksinasiya prosesinin müzakirəsi edilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədilə videokonfrans formatında keçirilən görüşdə fakir mübadiləsi aparılıb və razılığıa gəlinib.

Bu istiqamətdə atılacaq növbəti addımların Türk Sağlamlıq İnstitutları (TÜSEB) Başkanı Prof. Dr. Erhan Akdoğan və TƏBİB-in Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Prof. Dr. Adil Allahverdiyev tərəfindən koordinasiya edilməsi qərarlaşdırılıb.