Vilayət Eyvazov bu rayona yeni DYP rəisi təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Zafer Tv-nin Unikal.org-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı İlkin Hümbətov Balakən Rayon Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bu təyinatadək Balakən DYP-də komandir vəzifəsində çalışıb.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support