Bir qrup ictimai xadim erməni diversantların buraxılması üçün Prezidentə müraciət edib

Ermənistanın iki nümayəndəsi- Georgi Vanyan və Yuri Manvelyanın prezident İlham Əliyeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılan erməni “hərbçilərin” azad edilməsi ilə bağlı müraciətinə Azərbaycanın bir neçə vətəndaş cəmiyyəti üzvləri də qoşulub.

Həmin çağırışa qoşulan Arzu Abdullayeva, Əli Abasov, Zərdüşt Əlizadə, Sabit Bağırov prezidentdən xahiş edirlər ki, xoş məram nümayiş etdirərək Azərbaycanda həbsdə olan və istintaqın barələrində hər hansı ciddi cinayət əməli aşkar etmədiyi erməni hərbçilərin azadlığa buraxılması barədə sərəncam versin:

“Bir şeyi dəqiq bilirik ki, onlar son 33 ildə bizim köklü yerli milli maraqlarımıza zidd olaraq, Ermənistan və Azərbaycan xalqlarına zorla qəbul etdirilmiş siyasi xəttin qurbanlarıdır. İki qonşu dövlət arasında sülh və ya müharibənin olmasına onlar qərar verməyiblər, bizim xalqların taleyinin müəyyən edilməsində demək olar ki, onlardan heç bir şey asılı olmayıb.”

Azərbaycandan olan sülhməramlı vətəndaş cəmiyyətinin üzvləri əmindirlər ki, bu,  sülh proseslərinin inkişafına ciddi töhfə verəcək. //ucnoqta.az//