Can verən erməni DİPLOMATİYASI…

 Can verən erməni DİPLOMATİYASI…

Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyandan sonra onun müavini Qaqik Qalatsyan da istefaya gedib. Qalatsyan mayın 27-də istefa ərizəsini yazıb.

Ötən gün (mayın 31-i) isə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi, 44 günlük müharibə dönəminin məşhur peşəkar yalançılarından biri olan Anna Naqdalyan da istefa verib. Bu barədə o, özünün Facebook səhifəsində məlumat paylaşıb.

Bir sözlə, Ermənistan XİN sistemindən kütləvi istefalar başlayıb.

Bu saat Ermənistanda Xarici İşlər Nazirliyi demək olar ki, yoxdur. Hazırda fəal Ermənistan diplomatiyası mövcud deyil. Düşmən ölkənin xarici siyasəti tam bir böhran vəziyyətindədir…

Bəybala Mirzəyev

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.