Koçaryan Ermənistanı prezident respublikasına ÇEVİRMƏK İSTƏYİR

“Ermənistanda baş nazirin səlahiyyətləri məhdudlaşdırılmalı, güc struktururları sistemini islah etməlidir”.

Zafer Tv xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan Rusiyanın “RBK” televiziyasına eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə, parlament respublikası modeli Ermənistan üçün uğursuzdur:

“Heç bir Ermənistan prezidenti Ermənistanın baş naziri qədər səlahiyyətə sahib deyildi, bu sadəcə qəbuledilməzdir. Parlament respublikası haqqında danışmaq sadəcə məntiqli deyil, səhv bir addımdır. İnanıram ki, biz ən azı bir addım geri çəkilməliyik. Bu səlahiyyətlər balanssız olduğundan, hakimiyyət sistemində mümkün olan bütün məhdudiyyət və tarazlıqları pozur”.

Eks-prezident ölkənin siyasi sistemini dəyişəcəyini gizlətməyib.

“Ancaq bu istiqamətdə bəzi addımlar atmaq lazımdır. Hüquq mühafizə orqanları şəxsən baş nazirə tabe olmamalıdır, bu Ermənistan üçün sadəcə rüsvayçılıqdır!”. //modern.az//

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support