Nə oldu “böyük Ermənistan” ideyası? – Mixaylov

Erməni milləti müxtəlif dövrlər ərzində özünü aldatmaqla məşğul olub, özlərini “seçilmiş” millət adlandırıb, digər dövlətlərin torpaqlarının onlara mənsub olması haqqında milliyyətçi fikirlərlə formalaşıb.

Zafer Tv xəbər verir ki, bu sözləri rusiyalı politoloq Yevgeni Mixaylov Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın erməni cəmiyyətinin “böyük Ermənistan, dənizdən-dənizə” ideyasını unutmasının vacibliyinə dair bəyanatını şərh edərkən bildirib.

“Əslində, bu ideya – bu radikal millətçilik, separatizm Ermənistanın özünə yaxşı heç nə gətirmədi; bu ideya onu daxildən bir dövlət kimi parçaladı, beynəlxalq aləmdə statusunu titrətdi, qonşularla qarşılıqlı əlaqələrə zərbə vurdu və nəhayət Ermənistanın düşmənlərinin sayını çoxaldı.

Ermənistanın işğal etdiyi ərazilər ona problemdən başqa bir şey vermədi. İrəvan nəzarət etdiyi torpaqları inkişaf etdirməkdənsə, oraları viran qoydu. Onlar hər şeyi dağıtdılar, özlərini əsl işğalçı kimi apardılar. Bu, bütün bu millətçi, separatçı ideologiyanın Ermənistan üçün zərərli olduğunu göstərdi”, – deyə o qeyd edib.

Y.Mixaylovun sözlərinə görə, radikal millətçilik özünü tükədib və Ermənistanı indiki vəziyyətə gətirib çıxarıb:

“Hazırda İrəvan öz problemləri ilə təkbətək qalıb. Bu vəziyyətdə Ermənistanı heç kəs dəstəkləmədi. Ermənistan dalana dirənib və məhz buna görə Ter-Petrosyanın çağırışı məntiqlidir. Elə görünür ki, “böyük Ermənistan, dənizdən-dənizə” ideyası da yox oldu”. //axar.az//

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support