Uşaqlarınıza tərbiyə verməyin – Psixoloq

Şəxsiyyətin inkişaf dövründə ən böhranlı dövrlərdən biri də uşaqlıq dövrüdür. Uşaqlıq dövrü çox həssas dönəmdir. Son araşdırmalarda 2 yaş qrupunun önəmi xüsusi vurğulanıb ki, bunlar 2-6 və 6-12 yaş aralığı dövrləridir. İnsanlarda bir çox xəstəlik və travmalar uşaqlıq dövründən başlayır.

Zafer Tv bu sözləri Axar.az-a Bakı Dövlət Universitetinin pedaqoqu, psixoloq Könül Cəfərova Azərbaycanda uşaqların psixoloji vəziyyəti barədə danışarkən deyib.

O bildirib ki, valideynlər uşaqların yetişməsində diqqətli olmalıdır:

“Biz valideynlərə hər zaman bunu vurğulayırıq ki, uşaqlara tərbiyə verməyə çalışmasınlar, özlərini tərbiyələndirsinlər. Çünki uşaqlar valideynlərdən gördükləri nəticəsində özlərini tərbiyələndirirlər. Buna görə də valideynlər bu sahədə çox diqqətli olmalıdır.

İndiki dövrdə Azərbaycanda uşaqların intellekt əmsalı yüksəkdir. Ancaq ölkəmizdə uşaqlar telefonlardan, sosial şəbəkələrdən asılı vəziyyətdədir. Bu müəyyən qədər pandemiya şəraitindən asılı olsa da, müəyyən qədər də valideyn məsuliyyətsizliyindən irəli gəlir. Uşaqlarda diqqət əskikliyi, inkişaf, nitq ləngiməsi kimi problemlər valideyn-uşaq ünsiyyəti zəifliyindən və onların uşaqlarla məşğul olmamasından yaranır. Buna görə də valideynlər uşaqlarla vaxt keçirməlidir. Pandemiya dövrü uşaqlar üçün müəyyən məhdudiyyətlər yaratsa da, valideynlərlə uşaqları arasında bir körpü oldu. Onlar evdə olduqları vaxtlarda uşaqlarına vaxt ayıra və onlarla daha sıx fikir mübadiləsi apara bildilər. Sağlam ailədə böyüyən uşaqlar cəmiyyətdə də sağlam və yararlı bir şəxsiyyət kimi formalaşacaqlar. Xoşbəxt uşaqlar xoşbəxt ailələrdə böyüyürlər”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support