“Sənin AİLƏNİ QIRMAQ gərəkdi!”: Parisdə Paşinyan TƏHQİR olundu – FOTO

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Fransada rəsmi səfərdədir. N.Paşinyan bu gün Parisdə Fransa prezidenti Emmanuel Makron ilə görüşüb, danışıqlar aparıb.

Fransadakı erməni diasporunun nümayəndələri N.Paşinyanı etiraz aksiyaları ilə qarşılayıblar.

Ermənistanın Parisdəki səfirliyinin binasının qarşısına toplaşmış ermənilər Paşinyanı diplomatik nümayəndəliyin ərazisinə buraxmamağa çalışıblar.

“Millətimin nə ağrı çəkdiyini hiss etməyin üçün sənin ailəni qırmaq gərəkdi, xəyanətkar köpək!”, – aksiyaya qatılmış erməni qadınlardan biri deyib.

Onlar “Nikol, satqın” şüarlarını səsləndiriblər və “Təslimçi”, “Satqın” sözlərinin yazıldığı plakatlar qaldırıblar.

Etirazçılardan biri Paşinyanın “köpək kimi gəbərməsini” arzulayaraq, “bu, sondur, bu, Fransaya dövlət büdcəsi hesabına axırıncı dəfə gəlməyindir”, – deyə qışqırıb.

N.Paşinyan Parisdə ən bahalı otel sayılan “Prince de Galle”də qalıb. Otel dəbdəbəli apartamentləri və əla mətbəxi ilə yanaşı, çox yüksək səviyyəli mühafizəsi ilə də tanınır.

Paşinyanın başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini daşıyan Mercedes-lərin hər birinin sutkalıq icarəsi isə Ermənistan büdcəsinə 5 min avroya başa gəlib.

Fransa prezidenti Emmanuel Makronla Yelisey Sarayında görüşən N.Paşinyan onu payızda İrəvana rəsmi səfərə dəvət edib. O, Ermənistana verdiyi dəstəyə və “Qarabağ məsələsində tutduğu obyektiv mövqeyə görə” Makrona minnətdarlıq edib.

E.Makron isə bəyan edib: “Ötən ilin noyabrın 9-da imzalanmış atəkəs bəyanatından bəri ümümən atəşkəs rejiminə riayət olunsa da, hələ çox iş görməliyik. Fransa bu işdə öz köməyini göstərməyə hazırdır. İlk növbədə hərbi əsirləri və digər saxlanılan şəxslərin azad edilməsində, habelə humanitar dəstəkdə.

ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa tərəflərin deeskalasiyaya başlaması və dialoqa start vermələri üçün hər şeyi etməyə borcludur. Bundan başqa, deməliyəm ki, Ermənistanla Azərbaycan arasındakı sərhədin demarkasiyası və delimitasiyası yalnız dialoq yolu ilə, güc tətbiq edilməməklə gerçəkləşdirilməlidir”.

Emmanuel Makron daha sonra “Azərbaycan qüvvələrini Ermənistanın suveren ərazisini tərk etməyə və 11 maya qədər olan mövqelərə qayıtmağa” çağırıb.

O, Fransanın həmişə Ermənistın yanında olduğunu və bundan sonra belə olacağını deyib.

N.Paşinyan bu gün Fransa Milli Məclisinin sədri Rişar Ferranla görüşüb.

Paşinyan sabah Brüsseldə olacaq, Avropa Şurasının prezidenti Şarl Mişellə də görüşəcək.

/milli.az/

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support