“Tin uşaqları böyüdülər, QƏHRƏMAN OLDULAR” – Ekspert

“İqtidar da, müxalifət də, ziyalılar da, cəmiyyət üzvləri də tez-tez xalqı qınayırlar, toplumun bəzi xüsusiyyətlərindən gileylənirlər – məncə, bunun tək bir səbəbi var: Böyüklərin başı qarışıq oldu deyə görmədilər, amma müstəqillikdən üzü bəri yeni nəsillər yetişdi və onlar müxtəlifdi, yekcins deyil, fərqlidilər, ona görə də hamı şikayətçi olub”.

Zafer Tv xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

“İndiki uşaqlar dəhşətdi, bu gənclərin axırı nə olacaq”, deyirdik, bu uşaqlar Şuşanı dırnağı ilə düşməndən geri aldı, gözünü qırpmadan ölümə getdi, torpaqlarımızın böyük hissəsini cəmi 44 günə yağı düşməndən təmizlədi.

Bəli, tin uşaqları böyüdülər, qəhrəman oldular, ölkədə bu gün yaşı 30 və daha aşağı olan 4 mln. civarında, 40 və daha aşağı olan 6 mln. civarında insan yaşayır, onlar fərqlidir, müxtəlifdir – ona görə də hər kəs onlardan şikayətçidir.

Uşaqlar tez böyüyür, Z nəsli də köhnəlir, daha çevik, daha praqmatık, daha dinamik nəsil gəlir, növbəti parlament, və ya prezident seçkilərində seçicilərin artıq 60%-dən çoxu 40 yaş və altı olacaq – bir tək onlar seçkiyə gəlsələr ölkə dəyişəcək, mütləq dəyişəcək…” – N.Cəfərli qeyd edib.  /Pravda.az/