AZTV-nin və AzərTac-ın jurnalistləri Kəlbəcərdə minaya düşdülər – İkisi də vəfat etdi

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Zafer Tv xəbər verir ki, bu barədə AZTV-nin sözcüsü Nigar Etibar öz “facebook” səhifəsində paylaşım edib.

Hadisənin dəqiq hansı ərazidə baş verdiyi məlum deyil.