Türkiyəyə göndərilən daha 5 qazimiz geri qayıtdı

Ağır yaralanan və müalicə üçün YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb.

Bu barədə Zafer Tv-ə Fonddan məlumat verilib.

Bildirilib ki, Əliyev Arzu Könül oğlu, Zeynalov Məhiyyəddin Elsevər oğlu, Abbasov Müzəffər Maqsud oğlu, Əhmədov Samməddin Həmid oğlu, Abbasov Kamal Saleh oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

YAŞAT Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 63 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support