Vətən müharibəsi şəhidi Əkbər Məsimovla Ağdaşda vida mərasimi keçirilir – FOTO

Vətən müharibəsinin şəhidi Əkbər Məsimovla anadan olduğu Ağdaş rayonunda vida mərasimi keçirilir.

Zafer Tv xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, şəhid hərbçinin nəşi Ağdaşın Qaradeyin kəndinə, yaşadığı evə gətirilib.

Şəhid hərbçi Qaradeyn kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Məsimov Əkbər Yunis oğlu 5 oktyabr 1994-cü ildə Ağdaş rayonunun Qaradeyn kəndində anadan olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əkbər Məsimov Vətən müharibəsində Murovdağ istiqamətində itkin düşüb.

Hərbi Prokurorluğun bu gün yaydığı məlumata görə, Məsimov Əkbər Yunis oğlunun nəşi tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

 

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support