Rusiyanın əfsanəvi “Alfa qrupu” Xankəndidə? – “Seçki günü Yerevana girəcəklər, qan töküləcək”

“Rusiya Ermənistanda seçki günü və sonrakı günlərdə aktiv hərbi çevrilişə çalışır”.

Zafer Tv xəbər verir ki, sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, bunun üçün Xankəndində məsuliyyət zonasında “Alfa qrupu” yerləşdirilib:

“Bu qrup məhz 2008- ci il 1 mart prezident seçkilərinin nəticələrinə etiraz üçün meydana çıxan kütləyə qarşı istifadə edilərək Serj Sarkisyanı və Robert Köçəryanı qəzəbli xalqın caynağından qurtarıb. 2008-ci il seçkilərində hakmiyyətin qalması üçün Rusiya öz çevik hərbi qüvvəsi ilə Yerevanda Köçəryan və Sarkisyanın hakmiyyətini müdafiə etdi.

İndi isə, müxalifətdə olan hər iki şəxsi müdafiə etmək və hakmiyyətə gətirmək üçün öz elit qüvvələrini Xankəndində saxlayır. Hər iki halda üstündən 14 il keçməsinə baxmayaraq, “Alfa” yenə də Nikol Paşinyana qarşı istifadə ediləcək. Məhz 2008-ci il mart hadisələrində Paşinyan aktiv müxalifətin önündə gedirdi”.

Politoloq qeyd edib ki, Köçəryan Rusiyaya kifayət qədər arxayındır: “O, seçkinin nəticələrini tanımayacağını elan edəcək. Silahlı insident yaratmağa çalışacaq və bununla etiraz aksiyaları təşkil edəcək. Daha sonra isə Rusiya Xankəndindən ‘Alfa” qrupunu Yerevana gətirərək, Köçəryana dəstək verməklə hərbi çevrilişdə rol ala bilər. Ermənistanda aktiv müxalifət formalaşır və burada silahların işə düşməsi mümkündür”.