Ərdoğan elan etdi – “Ailəlikcə Şuşaya gedirik”

“Brüssel səfərindən sonra Bakıya gedərək, İlham Əliyev qardaşımın qonağı olacam. Oradan isə Şuşaya gedəcəyik. İşğaldan azad edilmiş Azərbaycan şəhərlərindən biri olan Şuşaya ailəlikcə gedərək, həm rəsmi görüşlər keçirəcəyik həm də müxtəlif ziyarətlər həyata keçirəcəyik”.

Zafer Tv xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, dost və qardaş Azərbaycanın işğal altındakı torpaqlarının Türkiyənin də dəstəyi ilə azad edilməsiylə başda Ermənistan olmaqla bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarını açmaq fürsətini verib.

“Ümid edirəm ki, bu fürsət boşa verilməz, bölgədə sülh və sabitliyin bərpa edilməsi üçün istifadə ediləcək” deyən Ərdoğan qeyd edib ki, Türkiyə tərəflər arasında dialoqun qurulması üçün səylərini gələcəkdə artırmağı planlaşdırır. /metbuat.az/

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support