Tehran şəhərində 3 küçəyə erməni “şəhidlərinin” adı verilib – RƏSMİ AÇIQLAMA

“Həmin küçələr Paylak Avdiyan, Alfred Qabri və Vardan Ağanaykanın adlarını daşıyır”

İranın paytaxtı Tehranda bir gündə üç küçəyə erməni “şəhid”lərinin adları verilib.

Zafer Tv-nin məlumatına görə, həmin küçələr Paylak Avdiyan, Alfred Qabri və Vardan Ağanaykanın adlarını daşıyır.

Zafer Tv xəbər verir ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən Qazet.az-a mövzu ilə bağlı rəsmi açıqlama verilib. Səfirlikdən bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirir.

 

“İranda 700 mindən çox erməni yaşayır. Lakin onlar İran vətəndaşlarıdır. Şəhid adlarının küçələrə verilməsinə gəldikdə isə onlar İran-İraq savaşında həlak olublar. İranın şəhidləridir. Bu şəxslərin adlarını küçəyə vermək yanlışdır?”, – deyə səfirliyin cavabında qeyd olunub.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support