Azərbaycan əhalisinin 64%-ni “DİNSİZ” elan edildi

Dinsizik, yoxsa inancsızıq?

Beynəlxalq PEW araşdırmalar mərkəzinin “Ən dindar olmayan ölkələr” kateqoriyası üzrə növbəti hesabatında (Gallup-un sorğusuna istinadən) Azərbaycan əhalisinin 64%-ni “dinsiz” elan etməsi olduqca maraqlı məqamdır.

Bu nə dərəcədə həqiqətdir? Və yaxud, cəmiyyət olaraq bu göstərici bizim üçün yaxşıdır, yoxsa pisdir? Bütün bunlar geniş müzakirə mövzusudur. İmkan olsa, növbəti yazılardan birində bu barədə danışarıq.

Bəybala Mirzəyev