Cəbrayılda daha bir erməninin meyiti tapıldı

Erməni axtarış qrupları bu gün Cəbrayıl rayonu ərazisində daha 1 erməni hərbçisinin meyitini tapıblar.

Zafer Tv xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1568 olub.

Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.