Qarabağ qazisi Cəlilabad polis rəisinin müavini Rövşən Quliyev tərəfindən DÖYÜLÜB

Bunu Qarabağ qazisi özünün sosial şəbəkədə olan profilində yayımlayıb.

Paylaşımı sizə təqdim edirik:

2 gün əvvəl Ramil Emenov və Togrul Rizvanlı qardaşlarımın Cəlilabad Polis rəis müavini Rövşən Quliyev və tərəfdaşları tərəfindən vəzifəsindən sui-istifadə edərək haqsız yerə əlləri qandallı, döyülərək, heç bir səbəb göstərilmədən, şərlənərək 12 saat həkim nəzarəti olmadan saxlanılması Cəlilabadlılara qarşı rayonda baş verən haqsızlığın pik həddə çatmasını göstərir.
Cəlilabad əhalisi üçün təhsil fədakarlığı ilə seçilən Ramil qardaşım, öz könüllü istəyi ilə 44 günlük müharibədə Cənab Prezident tərəfindən mükafata layiq görülən Toğrul qardaşıma şər, böhtan xarakterli atan “vəzifəli şəxslər” əlbət bir gün cəzalarını alacaqlar. Aşağıdakı videoda həmin şəxslərin əl işlərinin videosunu yerləşdirirəm. Başqa videolar da var əlimizdə. Vaxtı gəlincə paylaşılacaq.

Son paylaşımlarından məlum olur ki, hazırda qeyd olunan vətəndaşlar polis tərəfindən təqib olunur. /ens.az/