Gözlənilən zirvə başladı – Prezident Ərdoğan NATO qərargahında VİDEO

Hər kəsin diqqət göstərdiyi NATO Liderləri Zirvəsi Belçikada öz işinə başlayır.

Zafer Tv xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan, heyəti ilə birlikdə NATO qərargahına gəlib.

NATO üzvü olan ölkələrin liderləri bu gün NATO-nun mənzil-qərargahında ciddi təhlükəsizlik tədbirləri və koronavirus epidemiyasına qarşı görülən tədbirlər üçün bir araya gəliblər.

Prezident R.T.Ərdoğan zirvənin baş tutacağı NATO qərargahına xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar və AK Partiya sözçüsü Ömer Çelikin ilə birlikdə gəlib. /musavat.com/