Ərdoğan: Bundan sonra da Azərbaycanın yanındayıq

Aərbaycan ordusunu, onun Ali Baş Komandanı İlham Əliyevi Qarabağ torpaqlarını işğaldan azad etməsi münasibəti ilə təbrik edirəm.

Zafer Tv xəbər verir ki, bunu Azərbaycan parlamentində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Qarabağ savaşında şəhid olanlara Allahdan rəhmət diləyib, yaxınlarına başsağlığı verib:

“Bu müqəddəs savaşda Türkiyə Azərbaycanın yanında olub. Bundan sonra da Azərbaycanın yanındayıq. Dünya bilsin ki, bundan sonra da Azərbaycanın yanında yer alacağıq.