12 gün öncə komaya düşən qazimiz bu gün şəhid olub

12 gün öncə komaya düşən qazimiz Zeynal Fizuli oğlu Şahhüseynov bu gün şəhid olub.   

Zafer Tv xəbər verir ki, ağır vəziyyətdə olan Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin məsləhəti ilə Bakıya gətirilmiş və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilmişdi.

Xatırladaq ki, qazimiz müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.

Könüllü əsgər Z.Şahhüseynov Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanıb.

Əsgər Z.Şahhüseynov döyüş zonasından çıxarılaraq Bakı Şəhər Hərbi Hospitala aparılıb. Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində davamlı müalicə alan qazi 12 gün öncə  komaya düşüb. /interaztv.com/