Ermənistanda seçki həbsləri bu gün də davam etdi

Ermənistanda Gorus şəhərinin Qusan Aşot mədəniyyət mərkəzinin direktoru həbs edilib.

Zafer Tv xəbər verir ki, bu məlumatı Ermənistan İstintaq Komitəsi yayıb. O, işçilərini Köçəryanın Ermənistan Blokunun təşviqat kampaniyasında iştirak etməyə məcbur etdiyi üçün saxlanılıb.

Qeyd edək ki, bu gün İrəvandakı İzmirlyan tibb mərkəzinin direktoru da oxşar ittiham ilə həbs olunub.

Buna qədər isə seçki prosesində seçici səsini pulla almaq və təbliğat kampaniyasını pozmaq ittihamı ilə onlarla şikayət daxil olub ki, onlardan da bir çoxu barədə cinayət işi açılıb. /axar.az/